Tbilisi meriyası 7,4 milyon lari dəyərində 100 yeni avtomobil alır

Sep 1, 2025 - 11:55
 0  24
Tbilisi meriyası 7,4 milyon lari dəyərində 100 yeni avtomobil alır

Tbilisi meriyası hibrid minik avtomobillərinin alınması üçün tender elan edib.

Tender sənədlərinə əsasən, meriya 100 yeni avtomobil almağı planlaşdırır.

Elektron (hərracsız) tenderin dəyəri 7 milyon 412 min 300 lari təşkil edir.

Meriya tərəfindən irəli sürülən şərtlərə görə, avtomobillər 2025-ci ildə istehsal olunmalı, hər birinin yürüşü 50 kilometrdən artıq olmamalı və rəngi alıcı ilə razılaşdırılmalıdır.

mənbə: marneulifm