Bıçaqlanma hadisəsi: 1 nəfər saxlanılıb

Sep 1, 2025 - 11:48
 0  23
Bıçaqlanma hadisəsi: 1 nəfər saxlanılıb
: :
playing

Tbilisi Polis Departamentinin Vake-Saburtalo əsas idarəsinin əməkdaşları keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində sağlamlığa qəsdən ağır zərər vurmaqda ittiham olunan 1992-ci il təvəllüdlü B.A.-nı saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqın gedişində müəyyən olunub ki, B.A. mübahisə zəminində 1966-cı il təvəllüdlü T.A.-ya soyuq silahla – bıçaqla zərbə endirərək onun sağlamlığına qəsdən ağır xəsarət yetirib.

Polis B.A.-nı hadisə yerindəcə saxlayıb, cinayətdə istifadə olunan bıçaq isə maddi sübut kimi götürülüb.

Nazirliyin məlumatına görə, cinayət faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 prim 117-ci maddəsinin 3-cü hissəsinin “e” bəndi ilə istintaq aparılır. Bu maddə 9 ildən 13 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

mənbə: interpress