Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub

Nov 24, 2026 - 22:53
 0  3
Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub

Gürcüstanın Marneuli şəhərində qarışıq döyüş sənətləri (MMA) üzrə turnir keçirilib.

Yarışda 24 idmançı müxtəlif çəki dərəcələri üzrə mübarizə aparıb.

Turnir Gürcüstan Döyüş Liqasının (GCL) təşəbbüsü və təşkilatçılığı, Marneuli Meriyasının və Azərbaycan Evinin dəstəyi ilə baş tutub.

Yarışda gürcü döyüşçülərlə yanaşı, Gürcüstanın azərbaycanlı idmançıları da iştirak ediblər.

Marneulili idmançı Sənan Xəlilov 70 kiloqram çəki dərəcəsində rəqibinə qalib gələrək turnirin çempionu adını qazanıb.

 

mənbə: report