Qar və buzlaşma səbəbindən Zuqdidi-Mestia yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb

Nov 25, 2026 - 12:32
 0  13
Qar və buzlaşma səbəbindən Zuqdidi-Mestia yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb

XEBER.GE xeber  verir ki, Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, qar və buzlaşma səbəbindən Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun 70–181-ci kilometrləri arasındakı (Xaişi-Uşquli) hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin, həmçinin sərnişin daşınması üçün nəzərdə tutulan M3 kateqoriyalı avtobusların hərəkəti qadağan edilib.

Digər növ nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

Avtomobil yolunun 1–70-ci kilometrləri (Zuqdidi-Xaişi) arasındakı hissəsində isə nəqliyyatın hərəkəti sərbəstdir.