Aİ Gürcüstandan "Şəffaflıq" və "Ailə Dəyərləri haqqında" qanunların ləğvini tələb edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisidən bir sıra qanunvericilik aktlarının ləğvini tələb etdiyini bildirib.
Kobaxidzenin sözlərinə görə, söhbət "Şəffaflıq" Qanunu, eləcə də "Ailə Dəyərləri" və "Yetkinlik Yaşına Çatmayanların Müdafiəsi haqqında" qanunlardan gedir.
Baş nazir bu qanunların milli kimliyin və ölkənin suverenliyinin qorunması baxımından fundamental əhəmiyyət daşıdığını vurğulayıb.
Kobaxidze, həmçinin deyib ki, Avropa İttifaqı Gürcüstanın Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmasını tələb edib və bu tələbin Gürcüstan iqtisadiyyatı üçün ciddi nəticələr doğura biləcəyini deyib.
Baş nazir Aİ-nin Gürcüstana münasibətdə viza liberallaşdırılması ilə bağlı təhdidlər, həmçinin ölkəyə qarşı müxtəlif şərtlər və tələblər irəli sürdüyünü qeyd edib.
mənbə: reportaz