Tbilisi Şəhər Məhkəməsi səhiyyə nazirinin keçmiş müavini barədə qərar verib
Tbilisi Şəhər Məhkəməsi səhiyyə nazirinin keçmiş müavini İliya Quduşauri barəsində qətimkan tədbiri olaraq 500 000 lari məbləğində həbs qətimkan tədbiri ilə əvəzlənən girov qərarı çıxarıb.
Xeber.ge xeber verir ki,
İstintaq materiallarına əsasən, Səhiyyə Nazirliyi 70 təcili yardım avtomobilinin satın alınması üçün tender elan edib və prosesdə üç iddiaçı iştirak edib. Ən aşağı qiymət təklif edən şirkət qalib gəlsə də, Quduşauri tenderi qanunsuz olaraq ləğv edib.
Daha sonra tender şərtləri dəyişdirilərək yenidən elan edilib və şərtlər Quduşaurinin tanıdığı konkret bir iddiaçıya uyğunlaşdırılıb. Nəticədə nazirlik həmin şirkətə ən azı 2 milyon lari artıq vəsait ödəyib.