Bıçaqla hədələyərək vətəndaşlara onlayn kredit götürtdürən 3 nəfər saxlanıldı

Aug 16, 2026 - 13:36
 0  17
Bıçaqla hədələyərək vətəndaşlara onlayn kredit götürtdürən 3 nəfər saxlanıldı

Soyuq silahla hədələyərək iki vətəndaşı banklardan onlayn kredit götürməyə məcbur edən üç şəxs saxlanılıb.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı DİN yayır.

Qurumun bildirdiyinə görə, cinayətdə iştirak edən şəxslər vətəndaşlardan birinə təsdiqlənmiş məbləği tam nağdlaşdıraraq çıxartdırıb və pulu qanunsuz olaraq mənimsəyiblər.

"Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları, qrup halında törədilmiş hədə-qorxu ilə tələb etmə (hədələmə) ittihamı ilə üç şəxsi saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər soyuq silahla hədələyərək iki vətəndaşı müxtəlif banklardan onlayn kredit götürməyə məcbur ediblər.

Cinayətdə iştirak edən şəxslər vətəndaşlardan birinə təsdiqlənmiş məbləği tam nağdlaşdıraraq çıxartdırıb və pulu qanunsuz olaraq mənimsəyiblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətdə iştirak edən 3 şəxsi saxlayıblar. Polis təqsirləndirilən şəxslər tərəfindən qanunsuz mənimsənilmiş pulun bir hissəsini maddi sübut kimi götürüb.

Polis tərəfindən cinayətdə iştirak edən digər şəxslərin ifşası və məsuliyyətə cəlb olunması məqsədilə müvafiq istintaq hərəkətləri davam etdirilir. İstintaq Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə aparılır ki, bu da 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur",