Axaltsixe-Borjomi yolunda qəza: İdarəetməni itirən yük avtomobili aşıb
Axaltsixe–Borjomi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
XEBER.GE xeber verir ki, bu barədə yerli media məlumat yayıb.
Şahidlərin sözlərinə görə, yük avtomobilinin sürücüsü ehtimal ki, idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb.
Qəza zamanı sürücü yüngül bədən xəsarətləri alıb.
Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 2-ci hissəsi (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarının pozulması, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma) ilə istintaq başladılıb.