Telavida güclü yağış nəticəsində küçələr və evlər su altında qalıb-VİDEO
Telavida təbii fəlakət — güclü yağış Telavi xəvini daşdırıb və şəhərin bir neçə küçəsini su basıb.
XEBER.GE xeber verir ki, şəhərdəki vəziyyət barədə məlumatı “Kaxetidən əsas xəbərlər” yayıb. Onların məlumatına görə, su yaşayış evlərinə və həyətlərə dolub. Çoxmərtəbəli binaların birinci mərtəbələri, ticarət obyektləri, apteklər və mağazalar su altında qalıb. Bol yağıntı avtomobillərə də ziyan vurub.
Hazırda əhalinin bir hissəsinin elektrik enerjisi təchizatı kəsilib. Bəzi yaşayış evlərindən vətəndaşların evakuasiyası tələb olunub. Onlar hazırda təhlükəsiz yerə köçürülüb.
Hazırda hadisə yerində bütün müvafiq xidmətlər səfərbər edilib.
Mövcud məlumata görə, çay axını dayanana qədər zərərin hesablanması mümkün deyil.