Tbilisidə leysan yağış aeroportu su basdı- Video
Güclü yağış nəticəsində Tbilisi Beynəlxalq Aeroportunun binasının bir hissəsi su altında qalıb. Aeroportda elektrik enerjisinin verilişi də dayandırılıb. Təhlükəsizlik baxımından sərnişinlər binadan çıxarılıb.
XEBER.GE xeber verir ki, “Bu, meteoroloji şəraitlə bağlı idi. Hazırda texniki qrupumuz hadisə yerində işləyir və ən qısa zamanda problemi aradan qaldırmağa çalışacaq. Təhlükəsizlik naminə vətəndaşlar binadan çıxarıldı. Elektrik kəsildi, sərnişinlərin təhlükəsizliyi naminə onları çıxartdıq”.