Lançxutidə ov tüfəngi ilə adam yaralayan şəxs saxlanılıb
Lançxuti bələdiyyəsində silahlı insident baş verib. Daxili İşlər Nazirliyinin Lançxuti rayon idarəsinin əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1962-ci il təvəllüdlü C.Ğ.-ni saxlayıblar.
Xeber.ge xeber verir ki,
Polisin keçirdiyi operativ tədbirlər nəticəsində şübhəli şəxs yaxalanaraq istintaqa cəlb olunub. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi başlanılıb.
Saxlanılan şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.