Tianetidə bıçaqlanma hadisəsi baş verib
Gürcüstanın Tianeti rayonunda qanlı hadisə baş verib. 46 yaşlı kişi döş qəfəsi nahiyəsindən ağır bıçaq xəsarəti alıb.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zəminində soyuq silahdan istifadə edərək 1979-cu il təvəllüdlü M.A.-ya ağır xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, ona zəruri tibbi yardım göstərilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (sağlamlığa qəsdən ağır zərər vurma) ilə istintaq başladılıb. Bu maddə üzrə saxlanılan şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.