Batumidə faciə: 16 yaşlı gənc körpüdən yıxılaraq həlak olub
Batumidə 16 yaşlı oğlan körpüdən yıxılması nəticəsində dünyasını dəyişib.
Xeber.ge xeber verir ki,
Hadisə Boni qəsəbəsində yerləşən bazarın yaxınlığında baş verib. Hadisə yerinə dərhal müvafiq xidmətlərin nümayəndələri cəlb olunub.
Mövcud məlumata görə, yeniyetmə həmyaşıdları ilə birlikdə körpüdə olub və şəkil çəkdirərkən müvazinətini itirərək yıxılıb. O, körpünün altındakı yük qatarının vaqonunun üzərinə düşüb və ehtimal olunur ki, yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə keçinib.