Vakedə avtodayanacaqda tanışını bıçaqlayaraq öldürən şəxs saxlanılıb

Nov 18, 2026 - 22:55
Nov 18, 2026 - 22:57
 0  2
Vakedə avtodayanacaqda tanışını bıçaqlayaraq öldürən şəxs saxlanılıb

Tbilisi Daxili İşlər Nazirliyi Vake rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, bu il noyabrın 18-də Tbilisidə, Nikoloz Kipşidze küçəsində yerləşən yaşayış binasının yeraltı avtodayanacağında təqsirləndirilən şəxs mübahisə zəminində tanıdığı kişi ilə əvvəlcə fiziki qarşıdurmaya girib, daha sonra soyuq silahdan istifadə edərək ona çoxsaylı xəsarətlər yetirib. Aldığı xəsarətlər nəticəsində kişi hadisə yerində ölüb. Qarşıdurma zamanı təqsirləndirilən şəxsin özü də yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat və istintaq tədbirləri nəticəsində şübhəli şəxsi hadisədən dərhal sonra saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.