Yetkinlik yaşına çatmayan şəxsi zorlayan və hədələyən şəxs 18 il həbs cəzası alıb

Nov 18, 2026 - 22:07
 0  9
Yetkinlik yaşına çatmayan şəxsi zorlayan və hədələyən şəxs 18 il həbs cəzası alıb

Prokurorluğun təqdim etdiyi sübutlar əsasında yetkinlik yaşına çatmayan şəxsin zorlanması, ona qarşı seksual xarakterli digər hərəkətlərin edilməsi, əxlaqsız hərəkətlər və məcburetmə ittihamları ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə

XEBER.GE xeber  verir ki, prokurorluq məlumat yayıb.

Ozurgeti Rayon Məhkəməsi Prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edərək təqsirləndirilən şəxsi bütün ittihamlar üzrə təqsirli bilib.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda yetkinlik yaşına çatmayan şəxsi zorlayıb, ona qarşı əxlaqsız və seksual xarakterli digər hərəkətlər edib. Həmçinin zərərçəkənə psixoloji təzyiq göstərərək, baş verənlər barədə kiməsə danışacağı təqdirdə onu öldürməklə hədələyib.

Təqsirləndirilən şəxs Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsinin 4-cü hissəsinin “g” bəndi (yetkinlik yaşına çatmayan şəxsin zorlanması – iki epizod), 138-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi (14 yaşına çatmamış şəxsə qarşı seksual xarakterli digər hərəkətlər), 141-ci maddəsinin 2-ci hissəsinin “v” bəndi (14 yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkətlər – iki epizod) və 150-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (yetkinlik yaşına çatmayan şəxsin məcbur edilməsi – iki epizod) ilə ittiham olunub.

Ozurgeti Rayon Məhkəməsi təqsirləndirilən şəxsi irəli sürülən ittihamlar üzrə təqsirli bilərək 18 il həbs cəzasına məhkum edib.