Tbilisidə 109 saylı uşaq bağçasında bir neçə uşağı elektrik cərəyanı vurub

Nov 18, 2026 - 15:22
 0  18
Tbilisidə 109 saylı uşaq bağçasında bir neçə uşağı elektrik cərəyanı vurub

Tbilisidəki 109 saylı uşaq bağçasında pilləkənlərin məhəccərlərindən elektrik cərəyanı keçib və bir neçə uşağı elektrik vurub.

XEBER.GE xeber  verir ki, bu barədə uşaqlardan birinin valideyni TV Pirveli-yə məlumat verib.

Valideynin sözlərinə görə, hadisədən sonra bağça rəhbərliyi təcili tibbi yardım briqadası çağırmayıb.

Valideyn bildirib ki, müəllimlərin operativ müdaxiləsi nəticəsində daha ağır hadisənin qarşısı alınıb. Onun sözlərinə görə, son iki ay ərzində bu, uşaqların həyatını təhlükəyə atan ikinci hadisədir. Valideyn iddia edir ki, əvvəlki hadisədə uşaqlar zəhərlənib, bu dəfə isə onları elektrik cərəyanı vurub.

O, həmçinin bağça rəhbərliyinin hadisənin ictimailəşdirilməməsini istədiyini və müəllimlərə təcili yardım çağırmağa icazə verilmədiyini iddia edib.

Valideyn bağçada uşaqların olduğu vaxtlarda qaynaq işlərinin aparılmasından da narazılığını bildirib və baş verənlərə görə kimin məsuliyyət daşıdığını soruşub.

TV Pirveli məsələ ilə bağlı aidiyyəti qurumlardan açıqlama almağa çalışır.