Gürcüstan ərazisində xüsusi əməliyyat – 9 nəfər saxlanılıb

Oct 14, 2025 - 10:56
 0  19
Gürcüstan ərazisində xüsusi əməliyyat – 9 nəfər saxlanılıb

Gürcüstan ərazisində xüsusi əməliyyat keçirilib.

Xeber.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Patrul Polisi Departamentinin Kaxeti və Msxeta-Mtianeti Baş İdarələrinin, eləcə də Tbilisi, İmereti, Raça-Leçxumi və Aşağı Svaneti, Sameqrelo-Yuxarı Svaneti Polis Departamentlərinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində qanunsuz odlu silahlar və döyüş sursatları götürülüb – 9 nəfər saxlanılıb.

Qurumun məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərin üzərlərinə, avtomobillərinə və yaşayış yerlərinə baxış zamanı maddi sübut kimi müxtəlif növ odlu silahlar, o cümlədən revolverlər, tapançalar, daraqlar, 2 əl qumbarası və 238 döyüş patronu götürülüb.