Tbilisi hava limanında bir nəfər saxlanılıb
Daxili işlər nazirliyinin patrul polisi departamentinin sərhədlərin idarə edilməsi və koordinasiyası baş idarəsinin əməkdaşları həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, 2000-ci il təvəllüdlü Yəmən vətəndaşı S.Q.-ni saxta sənəddən istifadə etməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd ittihamı ilə saxlayıblar.
Xeber.ge xeber verir ki, bu barədə məlumatı DİN yayıb.
Qurumun məlumatına görə, hüquq-mühafizə orqanları S.Q.-ni Tbilisi Beynəlxalq Hava Limanında saxta sənəddən istifadə edərək Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə çalışarkən saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 19-344-cü (dövlət sərhədini qanunsuz keçməyə cəhd) və 362-ci (saxta sənəddən istifadə) maddələri ilə aparılır. Cinayət 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.