Gürcüstan prokurorluğu şəxsi həyatın sirrini pozma faktı üzrə iki nəfəri saxlayıb
Gürcüstan Prokurorluğu şəxsi həyatın sirrini pozma faktı üzrə iki nəfəri saxlayıb.
Xeber.ge xeber verir ki, bu barədə məlumatı Prokurorluq yayıb.
Onların məlumatına görə, Kvemo Kartli Dairə Prokurorluğu tərəfindən aparılan istintaqla müəyyən edilib ki, saxlanılan şəxslərdən biri zərərçəkənin şəxsi həyatını əks etdirən videonu qanunsuz yolla əldə edib və yayıb, digəri isə həmin videonu qanunsuz saxlayırdı.
Prokurorluq əməkdaşları hər iki şəxsi oktyabrın 18-də saxlayıblar.
Onlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin 157-ci prima maddəsinin birinci hissəsi (şəxsi həyatın sirrinin qanunsuz əldə edilməsi, saxlanılması, istifadəsi, yayılması və ya başqa şəkildə əlçatanlığının təmin edilməsi) ilə ittiham irəli sürüləcək ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Prokurorluq saxlanılan şəxslər üçün qətimkan tədbiri olaraq həbsin tətbiqi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.
Cinayət işi üzrə istintaq davam edir.