12 avtomobilin ön şüşəsini zədələyib və maşında olan əşyaları oğurlayıb - 19 yaşlı şəxs saxlanılıb

Oct 18, 2025 - 13:34
 0  30
12 avtomobilin ön şüşəsini zədələyib və maşında olan əşyaları oğurlayıb - 19 yaşlı şəxs saxlanılıb
: :
playing

DİN tərəfindən oğurluq ittihamı ilə 2006-cı il təvəllüdlü C.Q. saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqla müəyyən edilib ki, cari il oktyabrın 13-də C.Q. Saburtalo rayonunda gecə saatlarında 12 avtomobilin ön şüşəsini sındırıb və maşınlarda olan əşyaları oğurlayıb.

Xeber.ge xeber  verir ki, cinayət 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. 

 Saxlanılan şəxs oktyabrın 8-də Afrika qəsəbəsində törətdiyi daha bir oğurluq faktını etiraf edib.

 Polis oğurlanmış əşyaların bir hissəsini maddi sübut kimi götürüb. İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə aparılır", - məlumatda deyilir.