Narkocnanyət ittihamı ilə bir nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, külli miqdarda narkotik vasitəni qanunsuz əldə etmə və saxlama, habelə xüsusilə külli miqdarda narkotik vasitə tərkibli bitkini qanunsuz əkmə, yetişdirmə və becərmə ittihamı ilə 1991-ci il təvəllüdlü D.M.-i saxlayıblar.
Xeber.ge xeber verir ki, bu barədə məlumatı DİN yayır.
Qurumun məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşları narkocnanyət ittihamı ilə saxlanılan D.M.-in yaşadığı mənzildə xüsusi olaraq quraşdırılmış istixanadan narkotik tərkibli 14 kök "kannabis" və 3 dəmir bankada yerləşdirilmiş "qurudulmuş marixuana" maddi sübut kimi götürüblər.
Həmçinin, narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar, elektrik avadanlıqları, 25 150 lari, 670 ABŞ dolları və 120 avro aşkar edilərək götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 260-cı (narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması) və 265-ci prima (narkotik tərkibli bitkinin qanunsuz əkilməsi, yetişdirilməsi və becərilməsi) maddələri ilə aparılır. Cinayətlər 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.