Güclü yağış, dolu, 5 bal gücündə ştorm və sel təhlükəsi
XEBER.GE xeber verir ki, Milli Ətraf Mühit Agentliyi yenilənmiş hava proqnozunu açıqlayıb.
Noyabrın 15-də Qərbi Gürcüstanda yağıntılı hava şəraiti gözlənilir.
Gün ərzində Abxaziya, Acarıstan, Samegrelo-Zemo Svaneti, İmereti və Guriya bölgələrində yağıntının vaxtaşırı olaraq güclü intensivliklə yağacağı ehtimal edilir. Şimşək çaxması, dolu və dənizdə 4-5 bal gücündə ştorm gözlənilir. Ölkə ərazisinin əksər hissəsində, o cümlədən paytaxtda qərb istiqamətindən güclü külək əsəcək, yüksək dağlıq zonalarda isə bəzi yerlərdə çovğun və duman olacaq.
Gözlənilən güclü yağıntılar Acarıstan-Guriya və Samegrelo-Zemo Svaneti çaylarında, həmçinin onların qollarının aşağı axarlarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, təpəlik və dağlıq zonalarda sürüşmə-sel proseslərinin yaranmasına/fəallaşmasına, şəhər yaşayış məntəqələrində isə ayrı-ayrı ərazilərin su basmasına səbəb ola bilər.