Şəxsiyyət və yaşayış elektron vəsiqələrinin formaları dəyişir, QR kod əlavə olunur

Mar 12, 2025 - 01:06
 0  56
Şəxsiyyət və yaşayış elektron vəsiqələrinin formaları dəyişir, QR kod əlavə olunur

2025-ci il iyunun 4-dən etibarən Gürcüstan vətəndaşının elektron şəxsiyyət vəsiqəsinin,

Gürcüstanda yaşayan əcnəbilər üçün müvəqqəti və daimi yaşayış elektron vəsiqələrinin, eləcə də müvəqqəti identifikasiya elektron vəsiqəsinin texniki xüsusiyyətləri və formaları dəyişəcək.

"Gürcü Arzusu" partiyasına məxsus Ədliyyə Nazirinin əmrinə əsasən:

Vəsiqə aşağıdakı məlumatları əks etdirməlidir (bütün məlumat bölmələri vahid şəkildə həm gürcü, həm də ingilis dillərində, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO 9303) standartlarına uyğun olaraq təqdim ediləcək. Vəsiqənin giriş kodu (CAN – Card Access Number) isə yalnız ingilis dilində olacaq):

a) Ad;

b) Soyad;

c) Cins;

d) Vətəndaşlıq;

e) Doğum tarixi;

f) Doğum yeri;

g) Şəxsi nömrə;

h) Fotoşəkil;

i) Şəxsi imza nümunəsi;

j) Vəsiqəni verən qurumun adı;

k) Vəsiqənin verilmə tarixi;

l) Vəsiqənin etibarlılıq müddəti;

m) Fiziki şəxsin autentifikasiyası sertifikatı, müvafiq qapalı açar və sertifikatı verən qurum;

n) Sertifikatlı elektron imza sertifikatı, müvafiq qapalı açar və sertifikatı verən qurum;

o) Vəsiqənin giriş kodu (CAN – Card Access Number);

p) QR kod, vasitəsilə sənədin və ya şəxsin məlumatlarının yoxlanılması mümkündür.

Əmrə əsasən, müvəqqəti identifikasiya elektron vəsiqəsinin elektron daşıyıcısında "m" və "n" bəndlərində qeyd olunan məlumatların saxlanılması yalnız şəxsin öz istəyinə əsasən mümkün olacaq.

Artıq verilmiş və hazırda qüvvədə olan vəsiqələr qanunvericilikdə nəzərdə tutulmuş müddətə qədər qüvvədə qalacaq.

mənbə: marneulifm