Saqarecoda iki qardaş güllələnərək öldürülüb, üçüncüsü qaçıb xilas olub
Saqareco bələdiyyəsinin Lambalo kəndində odlu silahla iki qardaş öldürülüb, üçüncü qardaş isə qaçaraq xilas ola bilib.
XEBER.GE xeber verir ki, “Kaxetidən əsas xəbərlər”in məlumatına görə, qardaşlar qısa müddət əvvəl Rusiyadan kəndə qayıdıblar.
Onların həmkəndlisi pusqu quraraq qardaşlar toya gedərkən onlara atəş açıb. İki qardaş hadisə yerində ölüb, üçüncü qardaş isə qaçaraq avtomobildə gizlənə bilib.