Ozurgetidə rəqs müəllimi saxlanılıb

Dec 20, 2025 - 11:23
 0  24
Ozurgetidə rəqs müəllimi saxlanılıb

Ozurgetidə “Orbi” ansamblının xoreoqrafı Kirile Qaliçava şagirdin döyülməsi faktı ilə bağlı saxlanılıb.

Xeber.ge xeber  verir ki, istintaq şagirdin valideyninin müraciəti əsasında başlayıb. Xəsarət alan azyaşlı oğlanın ekspertizadan, ehtimal ki, sabah keçiriləcəyi bildirilir.

Daxili İşlər Nazirliyi saxlanılan şəxsə Cinayət Məcəlləsinin 126-cı maddəsi (sağlamlığa yüngül xəsarət yetirmə) üzrə ittiham irəli sürüb.