Tbilisidə rusiyalı mühacir ölü tapılıb

Feb 2, 2026 - 11:33
 0  15
Tbilisidə rusiyalı mühacir ölü tapılıb

Tbilisidə Yekaterinburqdan olan 40 yaşlı mühacir Aleksandr Korovnikovun meyiti aşkar edilib. O, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Gürcüstana gələrək burada yaşayırdı.

Xeber.ge xəbər verir ki, "ASTRA" Telegram kanalı bildirir ki, yanvarın 1-dən bəri yaxınları Korovnikovla əlaqə saxlaya bilməyiblər. Ehtimal olunur ki, o, dekabrın sonuna qədər paytaxtdakı yataqxanalardan birində qalıb.

Mühacirin ölüm xəbərini dostu yayıb. Onun iddiasına görə, Aleksandr qətlə yetirilib. Hazırda Rusiyanın Gürcüstandakı maraqlar bölməsi meyitin Rusiyaya aparılması üçün iş aparır.

Qeyd olunur ki, ölümün rəsmi səbəbi və hadisənin təfərrüatları barədə hələlik məlumat yoxdur. Məlumata görə, Yekaterinburq sakini olan Korovnikov Ural Federal Universitetini bitirib və 2022-ci ilin payızında Gürcüstana köçərək burada teatr sahəsində fəaliyyətə başlayıb.