Gürcüstanda "Qırmızı bülleten"lə axtarılan 4 Türkiyə vətəndaşı saxlanılıb

Feb 2, 2026 - 12:26
 0  20
Gürcüstanda "Qırmızı bülleten"lə axtarılan 4 Türkiyə vətəndaşı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları ağır cinayətlərə görə İnterpol tərəfindən "Qırmızı bülleten"lə axtarışa verilmiş Türkiyə Respublikasının 4 vətəndaşını saxlayıblar.

Xeber.ge xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bildirilir ki, saxlanılan şəxslər Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən qəsdən adam öldürmə, qarət, qanunsuz silah gəzdirmə, sağlamlığa qəsdən zərər vurma, hədə-qorxu gəlmə, narkotik cinayətləri və sənədlərin saxtalaşdırılması kimi ağır maddələrlə axtarışda olublar.

Məlumata əsasən, əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən şəxslər müxtəlif vaxtlarda Tbilisi və Batumi şəhərlərində ələ keçiriliblər.

Hazırda saxlanılan şəxslərin Türkiyəyə təhvil verilməsi üçün qanunla nəzərdə tutulmuş

ekstradisiya prosedurları davam etdirilir.