Gürcüstanda tütün məmulatları yenidən bahalaşıb

Feb 2, 2026 - 12:33
 0  29
Gürcüstanda tütün məmulatları yenidən bahalaşıb

Gürcüstanın daxili bazarında idxal olunan siqaretlərin qiymətində növbəti artım müşahidə olunur. "BusinessPressNews"un müxtəlif ticarət obyektlərinə istinadən yaydığı məlumata görə, bir qutu siqaretin qiyməti orta hesabla daha 20-30 tetri artıb.

Xeber.ge xəbər verir ki, bu, yeni ilin başlanğıcından bəri qeydə alınan ikinci bahalaşmadır. Ümumilikdə son bir ay ərzində tütün məmulatlarının bir qutusunun qiymətində 40-60 tetri civarında artım baş verib.

Qiymət artımının əsas səbəbi Gürcüstanın Vergi Məcəlləsinə edilən dəyişikliklərdir. Belə ki, 2026-cı il yanvarın 1-dən etibarən idxal olunan siqaretlərə tətbiq edilən aksiz vergisinin dərəcəsi 85 tetri artırılıb. Ekspertlər qiymət artımının davam edəcəyini istisna etmirlər.