Gürcüstana edilən pul köçürmələrinin məbləği açıqlanıb

Dec 16, 2025 - 10:55
 0  29
Gürcüstana edilən pul köçürmələrinin məbləği açıqlanıb
 

2025-ci ilin yanvar–noyabr aylarında Gürcüstana edilən pul köçürmələrinin həcminə görə lider ABŞ-dır.

 

Xeber.ge xəbər verir ki, 2025-ci ilin yanvar–noyabr aylarında elektron sistemlər vasitəsilə Gürcüstanın kommersiya banklarına edilən pul köçürmələrinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% artaraq 3 milyard 308,5 milyon ABŞ dolları təşkil edib. Bu barədə Gürcüstan Milli Bankının saytında məlumat verilib.

 

Hesabat dövründə Gürcüstana edilən pul köçürmələrinin həcminə görə ABŞ lider mövqedədir.

 

2025-ci ilin yanvar–noyabr aylarında Gürcüstana pul köçürmələrinin statistikası

 

Ölkə    Həcm, mln ABŞ dolları         Artım, %

ABŞ     618,6  19,7

İtaliya 562,4  9,2

Rusiya 424,2  -17,9

Almaniya       288,7  18,4

Yunanıstan    266,0  11,4

 

2025-ci ilin yanvar–noyabr aylarında Rusiyadan 424,2 milyon ABŞ dolları köçürülüb ki, bu da elektron sistemlər vasitəsilə Gürcüstanın kommersiya banklarına edilən ümumi pul köçürmələrinin 12,8%-ni təşkil edir və 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,9% azdır.