Əhli-Beyt (ə) eşqi italiyalı xanımı müsəlman etdi

Dec 16, 2025 - 10:52
 0  8
Əhli-Beyt (ə) eşqi italiyalı xanımı müsəlman etdi

Klaudia Kasonotto kəlmeyi-şəhadət gətirərək İslam dinini qəbul edib.

Xeber.ge xəbər verir ki, 33 yaşlı italiyalı xanım dindar xristian ailədə böyüyüb başa çatıb.

O, müsəlman olduqdan sonra özünə yeni ad da götürüb – “Səkinə”.

Hazırda o, İranda islamşünaslıq üzrə təhsil almaqdadır.

Xanım Kasonottonun İslam dini ilə tanışlığı 8 il öncəyə – tələbəlik illərinə gedib çıxır. O deyir ki, bir çox dinlərlə maraqlanırdı, lakin İslam dini və İmam Əlinin (ə) əziz İslam Peyğəmbərindən (s) sonra üzləşdiyi çətinliklər və zülmlə onun diqqətini çəkib, həmçinin Kərbəla hadisəsi və İmam Hüseynin (ə) həyat və şəhadəti, Əhli-Beyt (ə) eşqi onun həyatında böyük dəyişikliklərə səbəb olub.

O əlavə edib ki, qəlbində Əhli-Beytə (ə) qarşı yaranan rəğbətin sayəsində İslam dinini daha dərindən araşdırmaq qərarına gəlib ki, bu da sonda onun müsəlman olmasına gətirib çıxarıb.

Səkinə Klaudia Kasonotto İslam dininin onun bütün suallarına cavab verdiyini qeyd edib.

O, hicaba keçməsinin tarixçəsini də danışıb və deyib ki, hicab qadının gözəlliyini yad kişilərin nəzərlərindən qoruyur və qadına özünü rahat hiss etməyə imkan verir.

O, Məşhəd şəhərində İmam Rza (ə) və Qum şəhərində də Xanım Məsumə (ə) hərəmlərini ziyarət etdiyini, gələcəkdə isə Kərbəlada İmam Hüseyn (ə) və həzrət Abbası (ə) ziyarətgahlarında da olmağı arzuladığını əlavə edib.

mənbə: azshafaqna.com