Tbilisidə Moskva prospektində avtomobil piyadanı vuraraq öldürdü
Tbilisidə, Moskva prospektində ölümcül yol-nəqliyyat hadisəsi baş verib.
XEBER.GE xeber verir ki, mövcud məlumatlara görə, Moskva prospektində hərəkətdə olan avtomobil piyadanı vurub. Məlumata əsasən, vurulan şəxs aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi (nəqliyyat vasitələrinin hərəkəti və ya istismarı qaydalarını pozma) ilə istintaq başladılıb.