Tbilisidə həyat yoldaşını bıçaqlayan Türkiyə vətəndaşı saxlanılıb
Tbilisi Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları ailə üzvünə qarşı qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə Türkiyə Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü A.G.-ni saxlayıblar.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində soyuq silahdan istifadə edərək həyat yoldaşı, 1986-cı il təvəllüdlü K.N.-yə xəsarət yetirib.
Yaralı qadın müvafiq tibbi yardımın göstərilməsi üçün klinikaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində A.G. şübhəli şəxs qismində yaxalanıb. Cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 (prim) 120-ci maddəsinin birinci hissəsi (ailə üzvünə qarşı qəsdən sağlamlığa yüngül zərər vurma) ilə istintaq aparılır. Bu maddə 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.