Qardabanidə qızqaçırma faktı ilə bağlı üç nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polisi Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan qanunsuz məhrum etmə və təcavüz ittihamı ilə üç nəfəri saxlayıblar.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, K.K. əlbir olduğu S.K. və E.B. ilə birlikdə evlənmək məqsədilə 2006-cı il təvəllüdlü gənc qızı zorla avtomobilə mindirərək Qardabani bələdiyyəsinə aparıb. Orada zərərçəkmişin azadlığı qanunsuz məhdudlaşdırılıb və o, cinsi zorakılığa məruz qalıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində təqsirləndirilən şəxslər hadisədən qısa müddət sonra "isti izlərlə" yaxalanıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143-cü (azadlıqdan qanunsuz məhrum etmə) və 137-ci (təcavüz) maddələri ilə istintaq aparılır. Saxlanılan şəxsləri 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.