Gürcüstanda hava şəraiti kəskin pisləşəcək

Feb 2, 2026 - 11:18
 0  78
Gürcüstanda hava şəraiti kəskin pisləşəcək

Gürcüstan Milli Ətraf Mühit Agentliyi fevralın 3-dən 4-ü səhər saatlarınadək ölkə ərazisində hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edib.

Xeber.ge xəbər verir ki, Qərbi Gürcüstanda güclü yağıntı gözlənilir, dənizdə isə fırtınanın gücü 3-4 bal təşkil edə bilər. Ölkənin əksər hissəsində qərbdən əsən güclü külək üstünlük təşkil edəcək.

Agentliyin məlumatında qeyd olunur ki, yüksək dağlıq rayonlarda güclü qar yağacağı, duman olacağı və çovğun nəticəsində uçqun təhlükəsinin yaranacağı gözlənilir. Görmə məsafəsinin azalması və uçqun riski səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.