Parlament təhsil islahatı haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib

Dec 9, 2025 - 21:42
Dec 9, 2025 - 21:44
 0  34
Parlament təhsil islahatı haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib

Parlament “Ali təhsil haqqında” qanuna ediləcək dəyişiklikləri müşayiət edən layihələrlə birlikdə sürətləndirilmiş qaydada birinci oxunuşda müzakirə edərək, 77 lehinə, 3 əleyhinə səslə qəbul edib. Bu barədə məlumatı Gürcüstan Parlamenti yayıb.

Xeber.ge xeber  verir ki, qanunvericilik paketi iclasda Təhsil, Elm və Gənclər nazirinin müavini Zviad Qabisaniya tərəfindən təqdim olunub.

Qanunvericilik təşəbbüsünə əsasən, Gürcüstan hökuməti tərəfindən təsis edilmiş ali təhsil müəssisələrinin maliyyələşdirilməsi qaydası və ali akademik təhsil pillələri ilə bağlı məsələlər tənzimlənir.

Məruzəçinin verdiyi məlumata görə, ali təhsil sistemində yeni maliyyələşmə modeli tətbiq ediləcək. Dəyişikliklərə əsasən, Gürcüstan hökuməti tərəfindən təsis olunmuş ali təhsil müəssisələrində təhsil tam şəkildə dövlət tərəfindən maliyyələşdiriləcək. Eyni zamanda, universitet sistemində 3+1+1 modeli tətbiq olunacaq: 3 il bakalavriat, 1 il isə magistratura üçün nəzərdə tutulur.

Nazir müavininin sözlərinə görə, dəyişikliklər həm də onlayn universitet konsepsiyasının/modelinin və standartının hazırlanması müddətinin 2028-ci il yanvarın 1-dək təxirə salınmasını nəzərdə tutur.