Zəncirvari avtomobil qəzası - Səkkiz nəfər yaralandı

Jan 6, 2025 - 13:32
 0  97
Zəncirvari avtomobil qəzası - Səkkiz nəfər yaralandı
: :
playing

Qobuleti-Batumi dolama yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

Bir neçə avtomobil toqquşub və nəticədə 8 nəfər xəsarət alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılar xəstəxanaya aparılıb və mövcud məlumata əsasən, onların həyatına təhlükə yoxdur.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi (nəqliyyat hərəkəti təhlükəsizliyinin və ya istismar qaydalarının pozulması) üzrə istintaq başladıb.

mənbə: interpress