Rusiyalı ər-arvada silahlı hücüm olub - Polis hərəkətə keçib

Jan 6, 2025 - 13:26
 0  66
Rusiyalı ər-arvada silahlı hücüm olub - Polis hərəkətə keçib
: :
playing

Mestia-Zuqdidi yolunda Rusiyalı turistlərə hücum olub.

Polis hazırda rusiyalı ər-arvada hücum etməkdə ittiham olunan ehtimal edilən cinayətkarları axtarır. 

Belə ki, hücum Mestia bələdiyyəsinin Nakra kəndi yaxınlığında baş verib.

Mətbuatda qeyd olnan məlumata görə, naməlum şəxslər qadına ehtimal ki, cinsi təcavüz etməyə cəhd göstəriblər və kişiyə avtomobildən düşməyi əmr ediblər. 

Bundan sonra cinayətkarlar tərəfindən odlu silahdan atəş açılıb və kişi yaralanıb. 

Məlumata görə, qadın ifadəsində bildirib ki, hücum edənlər onun ərini huşsuz vəziyyətdə və böyük ehtimalla artıq ölmüş halda maşına mindirərək cinayəti ört-basdır etməyə çalışıblar. Mövcud məlumata əsasən, həmin maşın tapılıb və içərisində qan izləri aşkar olunub, lakin xarici ölkə vətəndaşı olan kişinin yeri hələ də məlum deyil.

Məlumatlara görə, ehtimal olunan cinayətkarlar – iki nəfər – qadın tərəfindən tanınıb və hüquq-mühafizə orqanları onların kimliyini artıq müəyyən edib. Nakra kəndində hazırda istintaq hərəkətləri davam edir.

Cinayət işi qarət və odlu silahın qanunsuz alınması-saxlanılması maddələri ilə başlanılıb.

mənbə: interpress