Marneulidə avtomobil piyadanı vurub
Marneuli-Sadaxlı yolunun Sayimerlo hissəsində avtomobilin piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Piyada yolu keçməyə çalışarkən onu minik avtomobili vurub. Yaralı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub.
mənbə: Interpress