Əfqan Sadıqov azaddır

Sosial Ədalət Mərkəzinin məlumatına görə, 16 aprel tarixində Tbilisi Şəhər Məhkəməsi Prokurorluğun vəsatətini təmin edib və Əfqan Sadıqov barəsində tətbiq olunan ekstradisiya həbsini girovla əvəz edib.
Elə bu gün Əfqan Sadıqov həbsdən azad olunub.
Təşkilatın məlumatına görə, bu gün saat 13:00-da Əfqan Sadıqovla birlikdə mətbuat konfransı keçiriləcək və burada onun mövqeyi, tələbləri və çağırışları ictimaiyyətə təqdim olunacaq.
“Gürcüstan qanunvericiliyinə əsasən, ekstradisiya məqsədilə həbsin maksimal müddəti 9 ay təşkil edir. Əfqan Sadıqovun vəziyyətində bu müddət 2025-ci il mayın 3-də başa çatacaqdı, bu səbəbdən Gürcüstan Prokurorluğu məhkəməyə həbs tədbirinin dəyişdirilməsi barədə müraciət etməyə məcbur qaldı.
Sosial Ədalət Mərkəzi Əfqan Sadıqova qarşı ümumiyyətlə heç bir həbs-qətimkan tədbirinin tətbiq olunmamasını tələb edirdi, lakin məhkəmə bu vəsatəti təmin etmədi və Əfqan Sadıqov barəsində 5 000 lari məbləğində girov təyin etdi.”
Sosial Ədalət Mərkəzinin məlumatına görə, Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovla bağlı bu qərarı məhz Avropa İnsan Hüquqları Məhkəməsinin 2025-ci il 27 fevral tarixində qəbul etdiyi qərara əsasən çıxarıb. Həmin qərarla Gürcüstan hakimiyyətinə təqib olunan jurnalistin Azərbaycana ekstradisiyası qadağan olunmuşdu.
Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası, Strasburq Məhkəməsi bu iş üzrə əsas qərar verməyənə qədər qadağandır – bu proses isə illərlə davam edə bilər.
mənbə: marneulifm