Həftə sonunadək olan hava proqnozu açıqlandı

Yanvarın 21-dən həftəsonuna kimi Gürcüstanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Paytaxt Tbilisidə açıq hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz 8, 10 dərəcə isti, gecə 0, 2 dərəcəyədək enəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gün ərzində +13, +15 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +14, +16 dərəcəyədək yüksələcək, gecələr bəzi yerlərdə 0, şaxtadan 2 dərəcəyədək enəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz 10-12 dərəcə isti, gecə 8-12 dərəcə isti təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz 4-9 dərəcə isti, gecə 8-13 dərəcə isti təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): Hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz 4, 9 dərəcə isti, gecə bəzi yerlərdə 7 dərəcəyədək enəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): Hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz 5, 10 dərəcə şaxta, gecə isə bəzi yerlərdə 3, 5 dərəcə isti təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Pasanauri): Hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz 0-5 dərəcə isti, gecə 8-13 dərəcə isti təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gecə 12-17 dərəcə isti təşkil edəcək.
mənbə: interpress