Kobuletinin kənd sakinləri kömək istəyir: “Nə su var, nə də işıq”

Feb 25, 2025 - 15:33
 0  68

Kobuleti bələdiyyəsinin kənd sakinləri təcili kömək tələb edirlər.

Onların sözlərinə görə, kəndlərə gedən yollar hələ də təmizlənməyib, bu isə onların xəstəxanaya və digər vacib obyektlərə getməsinə mane olur.

Sakinlər yerli hakimiyyətə müraciət edərək, problemin tezliklə həll olunmasını istəyirlər.

“Çaxvi kəndlərindən birində nə suyumuz var, nə də işıq. Yollar isə tamamilə bağlıdır. Doqquz aylıq hamiləyəm, nə vaxt nə baş verəcəyini bilmirəm. Heç kim yolu təmizləməyi düşünmür. Atam bir neçə dəfə icra nümayəndəsinə zəng edib, amma nəticə yoxdur”, - deyə sakin Xatiya Davitadze bildirir.

Öz növbəsində, Kobuleti meriyası rəsmi sosial media səhifəsində paylaşdığı açıqlamada, bütün müvafiq qurumların aktiv işlədiyini və güclü qarın yaratdığı problemlərin tezliklə aradan qaldırılacağını bildirib.

mənbə: Interpress