Kavelaşvili gələn həftə Azərbaycana gedir

Apr 11, 2025 - 22:05
Apr 11, 2025 - 23:21
 0  14
Kavelaşvili gələn həftə Azərbaycana gedir

Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da Azərbaycana səfər edəcək.

 

Bu barədə Gürcüstan mətbuatı ölkə prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, bu, Kavelaşvilinin 2024-cü ilin sonunda andiçmə mərasimindən sonra ilk xarici səfəri olacaq.

 

Bundan əvvəl Kavelaşvilinin beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya Gürcüstan Prezidentinin Azərbaycandan sonra Ermənistana səfər edəcəyi barədə məlumat vermişdi.

mənbə: modern