Avtomobil yeddi yaşlı uşağı vuraraq öldürdü

Xelvaçauri Bələdiyyəsinin Ortabatumi kəndində baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Yerli sakinlərin verdiyi məlumata görə, kəndin mərkəzi yolunda 7 yaşlı qıza minik avtomobili çırpılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə istintaq başlanıb. Maddə nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.
mənbə: interpress