TikTok-da zorakılığı planlaşdıran 14 yaşlı şagirdlərdən biri həbs edilib

Oct 24, 2026 - 20:44
 0  10
TikTok-da zorakılığı planlaşdıran 14 yaşlı şagirdlərdən biri həbs edilib

TikTok vasitəsilə zorakılığın təşkilinə hazırlıq — “TVPirveli”nin məlumatına görə, saxlanılan iki yeniyetmədən biri barəsində artıq həbs qətimkan tədbiri seçilib.

XEBER.GE xeber  verir ki, digər yeniyetmə barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə məhkəmənin, ehtimal ki, sabah baxacağı gözlənilir.

Söhbət bir neçə gün əvvəl saxlanılan 14 yaşlı məktəblilərdən gedir. İstintaq hər iki yeniyetməni zorakılığın təşkilinə hazırlıqda ittiham edir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 18-225-ci maddəsi ilə istintaq aparılır.

Yayılan məlumatlara görə, saxlanılanlar məktəbdə azyaşlılara qarşı zorakılıq törətməyə hazırlığı “Telegram” və “TikTok” platformalarında müzakirə ediblər.

Məktəblilərin saxlanılması barədə məlumatı ilk olaraq “Sando Tsqaro” nəşri yayıb.