Tbilisidə məktəbdə zorakılığa hazırlaşmaqda şübhəli bilinən 14 yaşlı şagirdlər saxlanılıb

Oct 24, 2026 - 20:38
 0  12
Tbilisidə məktəbdə zorakılığa hazırlaşmaqda şübhəli bilinən 14 yaşlı şagirdlər saxlanılıb

Tbilisidə qrup halında zorakılığın təşkilinə hazırlıq ittihamı ilə 14 yaşlı məktəblilər saxlanılıb.

XEBER.GE xeber  verir ki, Daxili İşlər Nazirliyi bu məlumatı “TVPirveli” telekanalına təsdiqləyib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 18-225-ci maddəsi ilə istintaq aparılır.

Məlumatlara görə, saxlanılan yeniyetmələr məktəbdə azyaşlılara qarşı zorakılıq törətməyə hazırlaşdıqlarını “Telegram” və “TikTok” platformalarında müzakirə ediblər.

Məlum olub ki, saxlanılanlar müxtəlif məktəblərin şagirdləridir.

Məktəblilərin saxlanılması barədə məlumatı ilk olaraq “Sando Tsqaro” nəşri yayıb. Saxlanılanlardan birinin atası nəşrə bildirib ki, axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları pnevmatik silah, patronlar, bibər qazı spreyi, əlcəklər, dəbilqə və bıçaq götürüblər.

Nəşr həmin şəxsin atasına istinadən yazır ki, “yeniyetmələr öz aralarında 2011-ci ildə Osloda baş vermiş terror aktı barədə danışır, həmçinin zorakılıq səhnələrinin əks olunduğu, real hadisələr əsasında çəkilmiş bədii filmləri müzakirə edirdilər”.

“Pirveli”nin məlumatına görə, saxlanılan iki yeniyetmədən biri barəsində artıq həbs qətimkan tədbiri seçilib. Digər yeniyetmə barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə məhkəmənin, ehtimal ki, sabah baxacağı gözlənilir.