Kobaxidze Dövlət katibinə sərt cavab verdi

Jun 4, 2026 - 19:41
 0  18
Kobaxidze Dövlət katibinə sərt cavab verdi

Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ dövlət katibi Marko Rubionun Tbilisinin “davranışını dəyişməsinin zəruriliyi” ilə bağlı fikirlərinə sərt reaksiya verib.

Bu barədə xarici KİV-lər məlumat yayıb.

Hökumət başçısı belə ritorikanın suveren dövlətə münasibətdə qəbuledilməz olduğunu bildirib.

“Gürcüstan məktəbli deyil ki, kimsə onu sinifdə saxlasın və düzəlməsini tələb etsin”, – deyə Kobaxidze vurğulayıb.

Baş nazir əlavə edib ki, ölkə müstəqil siyasət yürüdür və himayədar tonda danışığı qəbul etməyəcək.

mənbə: modern