Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb- VİDEO

Sep 11, 2026 - 19:56
Sep 11, 2026 - 20:06
 0  11
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb- VİDEO
: :
playing

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Giorgi Baramidze saxlanılıb.

  Gürcüstan Baş Prokurorluğunun əməkdaşları müxlifətçinin evində istintaq tədbirləri həyata keçirdikdən sonra ona qandal vurublar.

Baş Prokurorluqda keçirilmiş brifinqdə bildirilib ki, Giorgi Baramidze vətənə xəyanət və sabotaj ittihamı ilə məhkəmə qərarı əsasında saxlanılıb. Qeyd olunub ki, müxalifətçi Gürcüstanın beynəlxalq imicinə və ölkənin Müdafiə Qüvvələrinin nüfuzuna xələl gətirib.

Giorgi Baramidzenin günahı sübuta yetirilərsə, onu 4 ilədək həbs cəzası gözləyir. Baş Prokurorluq qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək.

Xatırladaq ki, Giorgi Baramidze bu ilin iyul ayında televiziya proqramında deyib ki, “Abxaziyada müharibə zamanı gürcü hərbçilər əsirləri güllələdiklərinə görə qarşı tərəf əsirləri geri qaytarmırdı”. Siyasətçiyə qarşı vətənə xəyanət maddəsi üzrə cinayət işi avqustun 7-də Gürcüstanın Veteranların İşləri üzrə Dövlət Xidmətinin müraciəti əsasında açılıb.