Gürcüstanda qazın qiyməti istehlak həcminə görə dəyişə bilər
Qazın qiyməti istehlak həcminə görə dəyişə bilər — çox istifadə edən daha çox ödəyəcək.
XEBER.GE xeber verir ki, Gürcüstan parlamenti “Energetika və su təchizatı haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinə sürətləndirilmiş qaydada baxır.
Dəyişikliklərə əsasən, Gürcüstanın Enerji və Su Təchizatı Tənzimləmə Milli Komissiyası (GNERC) əhali üçün fərqli tariflər müəyyən etmək hüququ əldə edə bilər.
Az qaz istehlakı nisbətən ucuz olacaq, yüksək istehlak üçün isə fərqli tarif tətbiq ediləcək.