XİN rəhbərinin müavinin İran səfirliyində olmasına İsrail belə reaksiya verdi

Jul 3, 2025 - 11:09
 0  35
XİN rəhbərinin müavinin İran səfirliyində olmasına İsrail belə reaksiya verdi

Gürcüstanın xarici işlər nazirinin müavininin İran səfirliyində keçirilən həmrəylik tədbirində iştirakı mənəvi baxımdan yanlışdır.

Bu barədə İsrailin Gürcüstandakı səfirliyi bəyanat verib.

Bəyanatda deyilir:

“Gürcüstanın xarici işlər nazirinin müavininin Tbilisidə İran səfirliyində keçirilən həmrəylik tədbirində iştirak etdiyini eşidəndə narahat olduq.

Hazırda Qərb İranın İsrail vətəndaşlarına qarşı hücumlarını qınayır və onun nüvə və soyqırımı iddialarının qarşısını almaq üçün səylərə dəstək verir. Belə bir zamanda Gürcüstanın xarici işlər nazirinin müavininin bu cür tədbirdə iştirak etməsi dərin məyusluq doğurur. Bu, mənəvi cəhətdən yanlışdır” – səfirliyin bəyanatında qeyd olunub.

Xatırladaq ki, 2 iyul taxində İranın səfirliyi məlumat yayıb ki, Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtsiaşvili səfirlikdə açılmış başsağlığı kitabına qeydlər edib, İsrailin hücumu nəticəsində həlak olanlarla bağlı başsağlığı verib və İranla həmrəylik ifadə edib.

mənbə: aktual