Budapeştdə oğurluqda şübhəli bilinən iki gürcü saxlanılıb
Budapeştin 5-ci rayonunda Budapeşt Polis İdarəsinin əməkdaşları Antiterror Mərkəzinin dəstəyi ilə Gürcüstanın 28 və 30 yaşlı vətəndaşlarını və Bolqarıstan vətəndaşını saxlayıblar.
XEBER.GE xeber verir ki, polisin məlumatına görə, şübhəlilər Macarıstana Slovakiyadan daxil olublar və sentyabrın 15-dən 25-dək olan dövrdə doqquz oğurluq törədiblər.
Oğurlanmış əşyalar arasında nağd pul, zinət əşyaları, bahalı saatlar və elektron avadanlıqlar olub. Polis ümumi ziyanı təxminən 17 milyon forint (134 min lari) qiymətləndirir.
Hüquq-mühafizə orqanları şübhəlilərin oğurlanmış əşyaları aparmağa çalışdıqları ehtimal olunan Ukrayna dövlət qeydiyyat nişanlı "Toyota RAV4" markalı avtomobil aşkar ediblər.
Kişilərin və avtomobilin axtarışı zamanı binalara daxil olmaq və kilidləri açmaq üçün istifadə edildiyi ehtimal olunan ixtisaslaşdırılmış alətlər, eləcə də narkotik maddələr aşkar edilib. Oğurlanmış əşyalar götürülüb.
Prokurorluq kişiləri həbs-qəti imkan tədbiri olaraq həbsdə saxlayıb.
Məlumatı Macarıstan mediası yayıb.